Cəbrayılda mina partlayışı zamanı daha bir neçə nəfər xəsarət alıb

Cəbrayılda mina partlayışı zamanı  daha bir neçə nəfər xəsarət alıb backend

İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində mina partlayışı nəticəsində daha bir neçə nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, onların da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları olduğu bildirilir. Xəsarət alan Mahir Mustafayev, Samir Gözəlov xəstəxanaya yerləşdirilib. Onların xəsarətlərinin yüngül olduğu bildirilir.

Qeyd edək ki, ANAMA mətbuat xidmətindən verilən məlumata görə, iyunun 17-də Agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Nəticədə, Vəliyev Ruhin Sultan oğlu rayon xəstəxanasına yerləşdirilib, sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub. Hazırda vəziyyəti stabildir.

Diaspora