Rayonun digər kəndləri kimi, bu kənddə də işğaladək heç bir erməni yaşamayıb... Odur ki, oradakı ermənilər qanunlara uyğun olaraq kəndi tərk etməli və Zabuxun 31--ci ildir qaçqın həyatı sürən əsl sakinləri kəndə yerləşdirilməlidir...
Bu günlərdə Xankəndindəki separatçı-terrorçu rejimin nümayəndələrindən biri Laçın rayonunun Ermənistanla Qarabağ arasında ermənilərin gediş-gəlişi üçün ayrılmış hissəsində yerləşən və işğal illərində qanunsuz olaraq məskunlaşdırılmış Zabux kəndinə gəlib.
Moderator.az xəbər verir ki, bu haqda Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, kəndə gələn həmin məmur ermənilərə bəyan edib ki, Laçın dəhlizinə alternativ yol artıq tamamlandığı üçün tezliklə Zabuxdan köçməlisiniz. Buna görə də artıq kənddəki erməni ailələrindən bir neçəsi Ermənistana köçüb.
“Aqavno” adlandırılan Zabux kəndinin qanunsuz “meri”- 2011-ci ildə qeyru-qanunu olaraq Azərbaycan torpağına köçürülmüş Suriya terrorçusu Andranik Çavuşyan Xankəndindən məmur gəldiyini təsdiqləsə də, onun sakinlərə belə bir xəbərdarlıq etmədiyini bildirib. Lakin o da etiraf edib ki, kənddəki erməniləri “doğma yurdlarından çıxmamağa” çağırsa da, Zabuxu tərk etməyə hazırlaşanlar xeylidir.
A.Çavuşyanın sözlərinə görə, hazırda Zabuxda 50-ə yaxın erməni ailəsi qalıb.
Bir daha xatırladaq ki, Laçın rayonu işğal edilən günədək(18 may 1992-ci il) rayon mərkəzindəki bir neçə şəxs istisna olmaqla digər 127 yaşayış məntəqəsində, o cümlədən Zabux kəndində bir nəfər də erməni yaşamayıb. Odur ki, oradakı ermənilər qanunlara uyğun olaraq kəndi tərk etməli və Zabuxun 31--ci ildir qaçqın həyatı sürən əsl sakinləri kəndə yerləşdirilməlidir...