Qarabağda minaların təmizlənməsi problemini həll etmək lazımdır.
Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger brifinq zamanı deyib.
"Biz bu prosesə cəlb olunmuşuq. Bu günədək minaların partlaması və itkilərin olması halları baş verir. Minaların təmizlənməsi problemi həll olunmayanadək, fikirləşmirəm ki, insanlar bu torpaqlara qayıda biləcək", - səfir deyib.