“Formula 1”i Ağdama köçürmək

 “Formula 1”i Ağdama köçürmək backend

İyunun 10-dan 12-dək Bakıda növbəti “Formula 1” yarışı keçiriləcək. Azadlıq meydanından başlayan 6 kilometrlik Bakı treki paytaxtın bir çox mərkəzi küçəsini əhatə edir. Əvvəlki yarışlar 2016, 2017, 2018, 2019 və 2021-ci illərdə olub. Paytaxtın 2023 və 2024-cü illərdə də “Formula 1”ə ev sahibliyi edəcəyi gözlənir.

İqtisadçı, Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli “Formula 1”i Ağdam şəhərinə köçürmək təklifi verib. Novator.az-ın məlumatına görə, o yazır ki, işğaldan azad edilmiş torpaqların canlanması, iqtisadiyyata qazandırılması, əhalinin ora köçməsinin stimullaşdırılması üçün kreativ qərarlara ehtiyac var: “Belə addımlardan biri “Formula 1” yarışının Bakıdan Ağdama köçürülməsi ola bilər. Ağdam şəhərinin içində gözəl trek tikmək, maraqlı marşrut təşkil etmək olar. Bu həm dünyanın diqqətini Qarabağın bərpasına yönəltmək, həm iqtisadi canlanma yaratmaq, investisiyalar cəlb etmək üçün doğru addım olar, həm də Bakının yükünü azaldar, paytaxt əhalisinin “Formula 1” əziyyətinə son verərdi”.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Yuxarı Qarabağ bölgəsini və onun ətrafındakı bölgələri ələ keçirib. 2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Diaspora