Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraqdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar Şuşaya gedib.
Qaziler.az xəbər verir ki, o, Cıdır düzündə olub.
“Bizim heç kimin torpağında gözümüz yoxdur. Lakin bizim torpağımızda gözü olanlarla sonunadək hər cür vasitə ilə - yüksək texnologiya, elm və s. – mübarizə aparacağıq”, - S.Bayraktar Şuşada jurnalistlərə açıqlamasında bildirib.
O, Şuşanın erməni işğalından azad olunması üçün aparılan hərbi əməliyyatlardan da danışıb: “Ərazinin qayalıq olduğunu bilirdik. Amma qiymətli olan torpaqların mübarizəsi də çətin olur. Buranın türk ordularının çabaları ilə azad olunması və dünya tarixinə zərbə PUA-larının vasitəsilə qazanılan ilk qələbə kimi düşməsi biz mühəndislər üçün böyük məna ifadə edir”.
Report.az