ABŞ-ın İrəvandakı səfiri yenə Zəngəzura gəldi

ABŞ-ın İrəvandakı səfiri yenə Zəngəzura gəldi backend

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Zəngəzura səfər edib.

Axar.az xəbər verir ki, səfir ərazinin qubernatoru Robert Qukasyanla görüşüb.

Erməni qubernator Zəngəzurdakı ABŞ investisiyaları ilə reallaşan proqramlara görə səfirə təşəkkür edib. O, səfirin vaxtaşırı olaraq Zəngəzura gəlməsini sakinlərə dəstəyin nümunəsi adlandırıb.

Səfir Treysi erməni qubernatorla sosial-iqtisadi, yol-tikinti, kənd təsərrüfatı sahələri, həmçinin iqtisadiyyatın diversifikasiyası və Zəngəzurun inkişafı ilə bağlı müzakirə aparıblar.

Səfir ərazinin turizm potensialını da vurğulayıb.

Qeyd edək ki, ABŞ səfirləri içərisində qatı ermənipərəstliyi ilə seçilən L.Treysi vaxtaşırı olaraq Zəngəzura gəlir.

Diaspora