Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev 4 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Rzayev Hacırza Fikrət oğlunun ailəsini Ramazan bayramı ərəfəsində ziyarət edib.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şanlı tarix yazan qəhrəmanlarımızdan biri olan H.Rzayev bu döyüşlərin birində şəhid olub.
Prezident İlham Əliyevin sərəncamları ilə o, “Vətən Uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bütün şəhid ailələri kimi, şəhid H.Rzayevin ailəsi də dövlətin daimi qayğısı ilə əhatə olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid H.Rzayevin ailəsinə 3 otaqlı mənzil verilib, sosial ödənişlər təyin olunub.
Görüşdə igid Vətən övladlarının torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şücaətlərindən bəhs olunaraq, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb. Şəhid ailələri ilə bağlı həyata keçirilən dəstək tədbirlərinin bundan sonra da davam edəcəyi bildirilib.