Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Vətən müharibəsinin şəhidi Teymurov Vüsal Zakir oğlunun ailəsini Ramazan bayramı ərəfəsində ziyarət edib.
Nazirlikdən verilən məlumata görə, V.Teymurov 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçib və Şuşa istiqamətində gedən döyüşdə şəhid olub.
Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin ailəsi Nazirlik tərəfindən yeni 3 otaqlı mənzillə təmin edilib. Ailəyə sığorta ödənişi, maddi yardım verilib, Prezidentin aylıq təqaüdü təyin olunub. Şəhidin anasının məşğulluğu təmin edilib. Şəhidin atası isə pensiyaçıdır.
Ailə ilə görüş zamanı şəhid V.Teymurovun döyüş yolundan bəhs olunub. Şəhid ailəsinin sosial vəziyyəti öyrənilib. Nazir müavini ailənin yaşayışının bundan sonra da daim diqqətdə saxlanacağını bildirib.