“Z”iyanlı davranışlar - Sülhməramlıları uniforma qaydalarını pozurlar

“Z”iyanlı davranışlar -  Sülhməramlıları uniforma qaydalarını pozurlar backend

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin şəxsi heyəti şübhəli fəaliyyətinin lap əvvəlindən mavi parçanın kəskin çatışmazlığından əziyyət çəkdiyindən, arada onu üçrəngli Rusiya bayrağı ilə əvəzləyirdi.

Tədricən Rusiya Federasiyasının bayraqları təkcə patrul maşınlarında və zirehli transportyorlarda deyil, həm də, məsələn, Laçın dəhlizinin girişindəki Zabux qəsəbəsinin körpüsü üzərindəki dirəkdə, hətta Xocalı rayonunun Fərrux kəndinin küçəsində göründü.



Odur ki, Xankəndidə düzəldilən və Marqarita Simonyanı xeyli həyəcanlandırıb-ruhlandıran “Z” şousunun rejissorunun kimliyinə heç bir şübhə qalmır. Hərçənd, ilkin mərhələdə ermənilər bunu tələm-tələsik özlərinin Rusiyaya “sədaqət əlaməti” kimi qələmə verməyə çalışırdı.



Bu yaxınlarda isə Laçın dəhlizindəki Rusiya sülhməramlılarının uniforma və fərqlənmə nişanlarını daşıma qaydalarını yenidən pozması müşahidə olunub.



Belə davranış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında birgə əməkdaşlıq haqqında” Moskva Bəyannaməsini (22.02.2022) zərbə altında qoyan düşünülməmiş təxribatların davamı da sayıla bilər. Belə addımlarla “sülhməramlı” missiyanın özünün məqsədləri sual altına düşür.

Azvision.az

Diaspora