Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi ilə İnsan hüquqları komitəsinin Şuşa şəhərində keçirilən birgə iclası başa çatıb.
İclasda əvvəlcə Şuşanın, bütövlükdə Qarabağın və digər ərazilərimizin azad edilməsi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra komitələrin birgə iclasının gündəliyindəki məsələlər müzakirəyə təqdim olunub. Bildirilib ki, bugünkü iclasın gündəliyinə üç məsələ daxil edilib.
Deputatlar əvvəlcə işğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı məsələlər ətrafında fikirlərini bölüşüblər.
Daha sonra komitələrin üzvləri “Böyük Qayıdış”, məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsi və s. istiqamətlərdə çıxışlar ediblər.
13:33
Şuşada Milli Məclisin birgə komitələrinin növbəti iclası keçirilir.
Qaziler.az xəbər verir ki, parlamentin İctimai birliklər və dini qurumlar komitəsi ilə İnsan hüquqları komitəsinin Şuşa şəhərində keçirilən birgə iclasının gündəliyinə 3 məsələ daxil edilib.
Toplantıda hər iki komitənin üzvləri iştirak edirlər.
İclasın gündəliyindəki məsələlər aşağıdakılardır:
1. İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı dinləmə;
2. Böyük Qayıdış: Məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri və rolu ilə bağlı dinləmə;
3. Şuşa ili: Qarabağda zəfərin davamı kimi beynəlxalq hüquqi, regional və humanitar nəticələrlə bağlı dinləmələr.