Xalq artisti Gülyanaq Məmmədova Şuşaya gedib.
Axşam.az xəbər verir ki, sənətçi Cıdır düzündə "Azərbaycan maralı" mahnısını səsləndirib. Sözügedən görüntüləri sənətçi sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, sənətçi bir neçə gün əvvəl Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etmişdi.