Qarabağda qanunsuz erməni silahlı birləşmələri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca atəşkəsi pozub.
"Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Məlumata görə, atəşkəs rejiminin 1 dəfə pozulması faktı qeydə alınıb. İtki yoxdur.
Qeyd edilir ki, Rusiya sülhməramlıları 27 müşahidə məntəqəsində vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir.