Xankəndində silahlı erməni qanunsuz "yol polisi" M.Maştots küçəsində yerləşən "operativ idarəetmə mərkəzi"nin 2-ci mərtəbəsinə daxil olaraq növbətçi "zabit"ə tapançadan atəş açıb.
Moderator.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Hadisə aprelin 16-da saat 22:25 radələrində baş verib. Xocalı rayonunun Çartar sakini, 1969-cu il təvəllüdlü Serqo Şakaryan "polis"lərə "AK-74" avtomat silahından atəş açıb.
Növbətçi "polis"in "baş inspektoru" Z.E. döş qəfəsindən aldığı güllə yaralarından yerindəcə keçinib.
Daha sonra S.Şakaryan eyni məqsədlə növbətçi kiçik inspektor A.X-ni təqib etsə də, o, canını qurtara bilib.
Bundan az sonra S.Şakaryan köməyə gələn digər "polis"lər tərəfindən yaxalanıb.