“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev işğaldan azad olunmuş Şuşa şəhərində qurulan istilik sistemindən danışıb.
Oxu.Az-ın məlumatına görə, o, bu məqsədlə Şuşa şəhərində yeddi qazanxananın tikinti işlərinə başlanıldığını bildirib:
“Müxtəlif təyinatlı 16 binanın daxili istilik təchizatı yenidən qurulub. Hazırda altı qazanxana, 20-yə yaxın obyekt fasiləsiz olaraq istiliklə təmin edilir. Binalardan biri icra hakimiyyətinin inzibati binası olduğu üçün əsaslı təmir işləri aparılır”.
O qeyd edib ki, Şuşa şəhərində qaz yanacağından istifadə edilməsi nəzərdə tutulmadığı üçün qazanxanaların altısı elektrik enerjisi ilə, bir ədədi dizel yanacağı ilə işləyir.