Lap Z-ayını çıxardılar – Rus sülhməramlıları missiyalarının nə olduğunu unudublar

Lap Z-ayını çıxardılar –  Rus sülhməramlıları missiyalarının nə olduğunu unudublar backend

Erməni separatçıları Xankəndidə növbəti "sədaqət nümaişi" aksiyası keçirərək, Rusiya Federasiyasının Ukraynada apardığı müharibəyə dəstək veriblər.

Amma sosial şəbəkənin erməni seqmentində hesab edirlər ki, "Z" installyasiyası Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin (RSK) təşəbbüsü və bilavasitə iştirakı ilə reallaşdırılıb. Çünki indiki reallıqda bu uzunluqda bayrağın istehsalını Qarabağdakı heç bir erməni təşkilatı öz üzərinə götürməz.


Hər halda, aydın olan odur ki, Rusiya Sülhməramlı Kontingenti özünün əsas missiyasından uzaqlaşaraq, açıq "siyasi bəyanatlar" rejiminə keçib və sülhməramlıların mavi bayrağı yerinə, balansında olan nəqliyyat vasitələrini, hətta postları Rusiya bayrağı ilə "bəzəyir". Bu yaxınlarda Xocalı rayonunun Fərrux kəndində yerləşdirilən Rusiya bayrağı da buna əyani sübut ola bilər. (azvision.az)

Diaspora