Ruslar Fərruxda Rusiya bayrağı qaldırır - VİDEO

Ruslar Fərruxda Rusiya bayrağı qaldırır -  VİDEO backend

Qarabağdakı rus sülhməramlıları ordumuzun nəzarəti altında olan Xocalı rayonunun Fərrux kəndində Rusiya bayrağı qaldırıblar.

Qaziler.az xəbər verir ki, bu barədə Caliber.az hərbi mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, hadisə aprelin 7-də baş verib və bayraq sülhməramlılara məxsus hansısa BTR-də yox, məhz kənddə qaldırılıb.

Bundan başqa hazırda sülhməramlılar Fərruxda müşahidə kameraları quraşdırmağa cəhd edirlər.

Sayt bildirib ki, aprelin 7-də Ağdərə istiqamətindəki yolda mülki geyimli silahlı erməni Azərbaycan hərbi karvanının qarşısına çıxaraq havaya atəş açıb. Və bu hadisə nəinki rus sülhməramlılarının gözü qarşısında baş verib, hətta onların razılıq gülüşü ilə müşayiət olunub.

loading...
Diaspora