Ermənilərin insanlıq əleyhinə qanlı cinayəti - Ağdaban qətliamı

Ermənilərin insanlıq əleyhinə qanlı cinayəti -  Ağdaban qətliamı backend

Ermənistan dövləti gec-tez bu cinayətə görə beynəlxalq məhkəmələrdə cavab verməlidir

Ağdaban faciəsindən 30 il ötür. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri və Qarabağdakı silahlı erməni quldur dəstələri tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndinə hücum edilib. Kənd tamamilə yandırılıb və yer üzündən silinıb. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.

Ermənilərin mədəni irsimizə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.

Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

Deputat Aqil Məmmədov Kəlbəcərin gənc fəalları ilə onlayn görüş keçirib |  7-gun.com

Aqil Məmmədov 

Kəlbəcərin deputatı Aqil Məmmədov bildirdi ki, 8 aprel tarixi onun üçün çox ağır bir tarixdir: “Mən Kəlbəcər rayonunun Ağdaban kəndində dünyaya gəlmişəm. Mənim uşaqlığım, gəncliyim orada keçib. Hər qarışı yaddaşımda qalıb. Ermənilər 1992-ci il 8 aprel tarixində bizim kəndimizə hücum etdilər. Kəndimizdə qətliam törətdilər, kəndi yandırdılar. Kəndimiz 67 şəhid verdi, onların əksəriyyəti mənim yaxın qohumlarım idi. Biz onları öz kəndimizdə belə dəfn edə bilmədik, qonşu kəndlərə apardıq. Mən ermənilərin kəndimizi necə yandırdığını görmüşəm. Doğulduğun evin, hər bir daşında bir xatirə yatan ata yurdunun gözlərinin qarşısında alov-alov yanması, kül olmasının nə demək olduğunu sözlə ifadə etmək çətindir. Mən bunu ifadə edə bilmirəm, amma bu hisslər çox ağırdır.

30 il əvvəlin Ağdaban faciəsi: Dünya bu soyqırımı tanımalıdır - 32gun.az

Ağdaban qətliamı Ermənistanın insanlıq əleyhinə cinayətlərindən biridir. Qarabağda erməni separatizmi baş qaldırandan etibarən Kəlbəcər rayonunun əhalisi 1988-1993-cü illərdə mühasirə şəraitində yaşayırdı. Kəlbəcərin bütün əlaqələri kəsilmişdi, yol, işıq yox idi. Ağdərə istiqamətindən ermənilərin mütəmadi təzyiqlərinə və hücumlarına məruz qalırdıq. Bunun sübutu olaraq Ağdaban faciəsini xatırlatmaq yerinə düşər. Belə ki, Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər tərəfindən rayonun sonrakı işğalına şərait yaratmaq məqsədilə Ağdaban kəndində törədilmiş soyqırımı hadisəsi erməni vəhşiliyinin sərhəd tanımadığını göstərir.

Malıbəyli və Quşçular qətliamından 30 il ötür - Bütün evlər yandırılıb

Ağdabanda dinc əhaliyə qarşı divan tutulmuşdu. Təxminən iki ay əvvəl Xocalıda ermənilərin həyata keçirdikləri insanlıq əleyhinə cinayət bu dəfə Kəlbəcərin qədim Ağdaban kəndində ermənilər tərəfindən həyata keçirilmişdi. Erməni separatçıları tərəfindən törədilmiş qırğın nəticəsində 130 evdən ibarət kənd tamamilə yandırıldı. Kəndin 779 nəfər dinc sakininə müxtəlif işgəncələr verildi, 67 nəfər isə amansızlıqla qətlə yetirildi. Qətlə yetirilənlər sırasında yaşlı insanlar, uşaqlar var idi. Erməni cəlladlar azərbaycanlıları ağaca, dirəklərə bağlayıb diri-diri yandırımışdılar. Başqa amansız işgəncələr həyata keçirərək dinc insanları qətl etmişdilər. Ağdaban qətliamı müasir tariximizin ən amansız, insanlıq əleyhinə müharibə cinayətlərindən biri kimi tarixə düşüb. Ermənistan dövləti gec-tez bu cinayətə görə beynəlxalq məhkəmələrdə cavab verməlidir. Ortada konkret faktlar, sübutlar, yaşayan şahidlər var. Dünyada ədalət az da olsa qalırsa, ermənilərin bu qətliamın məsuliyyətindən yayınması mümkün deyil".

Deputatın sözlərinə görə, Kəlbəcərin işğaldan azad olunması Ermənistanın bu rayonun ərazisində, müxtəlif kəndlərində, o cümlədən Ağdaban və Başlıbel kəndlərində həyata keçirdiyi müharibə cinayətlərinin hüquqi baxımdan da ifşası üçün imkanlar yaradır: “Ulu öndər Heydər Əliyevin işğal edilmiş rayonlarımızın gələcək taleyi ilə bağlı vaxtilə dediyi müdrik fikirlər artıq bu gün reallığa çevrilib. Ümummilli lider hər zaman Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu və oradan məcburi köçürülən insanların öz yurd-yuvalarına qayıdacaqlarını deyirdi. Ulu öndər 1996-cı ildə kəlbəcərlilərlə görüşündə bildirmişdi ki, heç şübhəsiz, Kəlbəcər işğaldan azad olunacaq və kəlbəcərlilər öz doğma evlərinə qayıdacaqlar, ermənilərin törətdiyi cinayətlər cavabsız qalmayacaq. Belə də oldu. Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz ermənilərin 30 ildən artıq işğal altında saxladığı əraziləri azad etdi. 2020-ci il sentyabrın 27-dən başlayan Zəfər yürüşü böyük Qələbəmizlə nəticələndi. Kəlbəcər də azad edildi. Artıq Kəlbəcərdə bərpa-quruculuq işləri istiqamətində addımlar atılır. Eyni zamanda erməni vandalizminin nəticələrinin sənədləşdirilməsi, Ermənistanı beynəlxalq hüquq müstəvisində ifşa etmək, məsuliyyətə cəlb etmək üçün bir sıra hüquqi tədbirlər həyata keçirilir. Mən inanıram ki, Ağdaban qətliamı, eləcə də Başlıbel qətliamı və Kəlbəcərdə ermənilərin törətdiyi bütün qanlı cinayətlərə görə Ermənistan beynəlxalq məhkəmələrdə cavab verəcək, cəzasını alacaq. Ermənistan hər zaman qanunları pozaraq, beynəlxalq norma və prinsipləri heçə sayaraq işğalçılıq siyasəti aparıb. İşğal etdikləri ərazilərdə törətdikləri vandalizm aktları göz qabağındadır”.


“Yeni Müsavat”

Diaspora