27 illik ömründə tarix yazan Elnur İsgəndərovun şəhidlik zirvəsinə ucalmasından 6 il ötür.
Peşəkar hərbçi olan Elnur zabit olmağı özü istəyib. O, orta məktəbi bitirdikdən sonra öz arzusu ilə Ali Hərbi Məktəbə daxil olub.
Qəhrəman zabitimiz ölümündən sonra Vətənə bir oğul miras qoyub. Atası şəhid olanda balaca Elman hələ 7 aylıq olub. İndi isə o, 1-ci sinif şagirdidir.
Övlad itkisinin çətin olduğunu deyən Gülnar ana oğlu ilə fəxr etdiyini bildirib.
Qeyd edək ki, şəhid baş leytenant Elnur İsgəndərovun adı yaşadığı küçəyə verilib, Şəki şəhərinin girişində olan yüksəklik də onun adını daşıyır.
Daha ətraflı Baku TV-nin süjetində: