Birinci Qarabağ müharibəsi zamanı Fərrux dağında itkin düşmüş hərbçilərimizdən biri də Kürdəmirin Xırdapay kəndindən olan Araz Seyfəddin oğlu Mirzəyevdir.
1973-cü ildə anadan olan Araz ailənin 6 uşağından sonbeşiyi olub. 1992-ci ilin yazında hərbi xidmətə yollanıb və Daxili Qoşunların tərkibində xidmətə başlayıb.
Müharibənin ən qızğın vaxtında isə cəbhəyə yola düşüb. Döyüşlərdə iştirak edərək qəhrəmanlıq göstərib.
Son döyüşü Fərrux dağı uğrunda olan Araz 1993-cü il yanvarın 25-də qəhrəmancasına həlak olub. Ailəsi illərlə Arazın axtarışında olsa da, valideynləri onun nəşini görmədən vəfat edib.
Daha ətraflı Baku TV-nin süjetində: