Goranboy rayonunun Qaradağlı kəndinin Vətən müharibəsi iştirakçısı, Vətən müharibəsi döyüşlərində ağır yararlanaraq komaya düşən və 2021-ci il martın 25-də şəhidlik zirvəsinə ucalan əsgər İsmayılov Əli Vaqif oğlunun ildönümü mərasimi keçirilib.
Modern.az xəbər verir ki, mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, şəhid ailələri, qazilər, bir qrup ictimai fəallar və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Öncə Qaradağlı kənd qəbiristanlığında bütün şəhidlərimizin məzarı ziyarət olunub, ruhlarına dualar oxunub və xatirələri etiramla anılıb, sonra İsmayılov Əli Vaqif oğlunun ailəsi evində ziyarət edilib.