Xocalı ərazisindəki Daşbaşı yüksəkliyindən yeni görüntülər- Xankəndi də görünür…- VİDEO

Xocalı ərazisindəki Daşbaşı yüksəkliyindən yeni görüntülər- Xankəndi də görünür…- VİDEO backend

“Hazırda Rusiya hərbçilərinin ərazidə olmasına rəğmən bu yüksəkliyə 10 noyabr razılaşmasına zidd olaraq bilavasitə qanunsuz terrorçu erməni silahlıları nəzarət etməyə çalışır…”  

 

Ermənilər Azərbaycan Respublikası Xocalı rayonunun 2020-ci il 10 noyabr razılaşmasına əsasən Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin  nəzarətində qalan Daşbaşı(erm. “Qaraglux”) kəndi yaxınlığındakı eyniadlı yüksəklikdən görüntülər yayıb. 

 

Moderator.az xəbər verir ki, sözügedən video-görüntü sosial şəbəkələrin erməni seqmentində paylaşılıb. 

 

Videoya şərhdə belə deyilir“Qaraqlux yüksəkliyi: bu yüksəklikdən yalnız Akna(Ağdam-S.L.) düzü deyil, həm də Artsax respublikasının Əsgəran və Mardakert(Ağdərə-S.L.) rayonlarının bir sıra yaşayış məntəqələri və yollarına da nəzarət olunur.

 

Bu yüksəkliyi hansı yolla olursa-olsun müdafiə etmək lazımdır”.

 

Qeyd edək ki, Daşbaşı yüksəkliyindən Əsgəran da, Xankəndi də görünür...

 

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi dünən – martın 24-dən bəri erməni mediasının guya Azərbaycan ordusunun Xocavənd rayonun sözügedən yüksəkliyi, eləcə də yaxınlıqdakı Fərrux və Pirlər kəndləri istiqamətində hücuma keçməsi haqda dezinformasiyalarını təkzib edib.

 

Zəruri arayış: 

 

Daşbaşı — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd.

 

Daşbaşı kəndi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Daşbaşı kəndi Rusiyanın rəsmən sülhməramlı sayılan qüvvələrinin nəzarətinə keçib.

 

Dağətəyi ərazidədir. Oykonim daş (burada "qaya" mənasındadır) və başı (üstü) sözlərindən düzəlib, "qaya üstündə kənd" deməkdir.

 

Hazırda Rusiya hərbçilərinin ərazidə olmasına rəğmən 10 noyabr razılaşmasına zidd olaraq bilavasitə qanunsuz terrorçu erməni silahlılarının nəzarət etməyə çalışdığı  Daşbaşı  yüksəkliyi ordumuzun  Ağdam rayonundakı mövqelərindən hava xətti ilə 1,5-2 km, Xocalı rayonunun Fərrux kəndindən 1, Pirlər kəndindən isə 1,5 km məsafədə yerləşir.

 

Qeyd edək ki, Xocavənd rayonu ərazisində də Daşbaşı adlı kənd və eyniadlı yüksəklik, Ordubad rayonu ərazisində isə bu adda dağ vardır. 

Diaspora