Şuşada ilk yaşayış kompleksinin tikintisi üçün tender elan edilib

Şuşada ilk yaşayış kompleksinin tikintisi üçün tender elan edilib backend

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə ilk yaşayış kompleksinin tikintisinə başlayır.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən  verilən xəbərə görə, 6 blokluq yaşayış kompleksi 24 binadan ibarət olacaq.

Tender ilk iki blokun tikintisini üçün keçirilir. Yaşayış kompleksi şəhərin yuxarı hissində, tanınmış “Realnı” məktəbinin yaxınlığında yerləşən 8 hektarlıq sahədə tikiləcəkdir.

Açıq tenderdə tikinti işlərini yerinə yetirmək üçün qanunvericiliyə uyğun olaraq lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik bütün şirkətlər qatıla bilər. Tender elanı ilə etender.gov.az portalında tanış olmaq olar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar şərtlər toplusunu aldıqdan sonra elanda qeyd olunan ünvana tələb olunan hüquqi sənədlərlə birgə öz təkliflərini ikiqat qapalı zərfdə təqdim edə bilərlər.

Diaspora