Keçən il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün xərclənən vəsaitin həcmi məlum olub.
Qaziler.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.
Hesabatda qeyd edilib ki, keçən il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 2 milyard 200 milyon manat vəsaitə qarşı icra 2 milyard 178,4 milyon manat, ya 99 faiz olub. (Apa)