Türkmənçay Müqaviləsinin (22 fevral 1828) imzalanmasının ildönümü ilə bağlı iki gün öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi facebook səhifəsində edilən paylaşımda təhrifə yol verilmişdi. Rusiya XİN-in Tarixi Sənədlər Departamentinə istinadən edilən paylaşımda Türkmənçay Müqaviləsi təhrif olunmuşdu, ora “şərqi Ermənistan” sözü əlavə edilmişdi.
Bir sıra ekspertlər bunu təxribat hesab edirdi.
![]()
Azərbaycan Xarici İşlər Nazirliyi dərhal məsələyə reaksiya vermişdi, Rusiyaya müraciət ünvanlamışdı.
Azərbaycan XİN-in açıqlamasında “Vurğulamaq istərdik ki, sözügedən müqavilədə, ümumiyyətlə, “Şərqi Ermənistan” sözünə istinad edilmir və əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi Sənədlər Departamentinə yaxşı bəlli olmalıdır.
Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yanlış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik”- deyə bildirilib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi səhifəsində yol verilən təhrif, səhv artıq aradan qaldırılıb.
![]()
Göründüyü kimi, RF XİN-in rəsmi facebook səhifəsində edilən paylaşımdakı “şərqi Ermənistan” çıxarılıb.
musavat.com



