Xarici səyyahlar Kəlbəcər və Laçında olublar

Xarici səyyahlar Kəlbəcər və Laçında olublar backend

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən bir qrup əcnəbi səyyah bu günün birinci yarısında Kəlbəcər və Laçında olublar.

“Report” xəbər verir ki, Toğana kəndindən başlayan səyahətin iştirakçıları Ömər aşırımından keçərək Kəlbəcərə gəliblər. Yolboyu qrup üzvləri ermənilərin 30 il davam edən işğal dövrü ilə yanaşı, 44 günlük müharibədən sonra Azərbaycan ərazisini tərk etməzdən əvvəl də törətdikləri dağıntılara şahid olublar. Belə ki, 2020-ci ilin noyabr ayında Kəlbəcər rayonundan çıxarkən azərbaycanlılara heç nə qalmasın deyə evləri, məktəbləri yandırıb, meşələri qırıblar.

Hazırda Laçında olan qrup buradakı vəziyyətlə tanış olduqdan sonra Laçın dəhlizi ilə yola davam edəcəklər. 

Xatırladaq ki, azad edilən torpaqlarımıza səfər çərçivəsində səyyahlar dünən Şuşada olublar.

Diaspora