Bu gün erməni vandalizminin qurbanı olan balaca Zəhranın doğum günüdür.
Yaşasaydı bu gün altı yaşını qeyd edəcəkdi.
O, 2016-cı il fevral ayının 13-ü dünyaya gəlib.
Qeyd edək ki, 2017-ci il, iyulun 4-də saat 20:40 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirilib.