Füzuli rayonunun işğaldan azad olunan ərazisində daha bir erməni hərbçinin cəsədi aşkarlanıb.
Bu barədə Trend-ə Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov məlumat verib.
O bildirib ki, erməni hərbçinin cəsədi bu gün aparılan axtarışlar zamanı tapılıb.
Axtarış qrupunun aşkar etdiyi cəsəd Ermənistana təhvil verilib.
Bununla da 44 günlük Vətən savaşından sonra, 14 noyabr 2020-ci ildən bəri Qarabağdakı döyüş meydanlarında tapılan erməni əsgər meyitlərinin sayı 1709-a çatıb.