Bakı-Şuşa marşrutu üzrə bütün biletlər satılıb

Bakı-Şuşa marşrutu üzrə bütün biletlər satılıb backend

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə - Şuşa və Ağdam şəhərlərinə 5 gündür ki, müntəzəm avtobus reysləri həyata keçirilir.

Sirr deyil ki, uzun illər işğal altında olmuş Qarabağa səfər etmək, oraları görmək istəyənlərin sayı az deyil.

Bəs mövcud avtobus reysləri bu tələbatı ödəyə bilirmi? Qarabağa gedən avtobuslarda boş yer varmı? 

Qaziler.az xəbər verir ki, "Report" bununla bağlı araşdırma aparıb.

Hazırda Şuşa və Ağdam istiqamətində 4 marştrut xətti fəaliyyət göstərir. Bunlar Bakı-Şuşa-Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Bakı-Ağdam-Bakı və Bərdə-Ağdam-Bərdə xətləridir. Onların arasında isə ən çətini Bakıdan Şuşaya və əks istiqamətdə hərəkət edən avtobuslara bilet tapmaqdır. Bu marşrut xətti üzrə yanvar və fevral ayına bütün biletlər satılıb. Yalnız martın 6-da təşkil ediləcək reysə 47 boş yer var.

Şuşaya getmək üçün martı gözləmək istəməyənlər Füzuli rayonunun Əhmədbəyli qəsəbəsindən Azərbaycanın mədəniyyət paytaxtına yerinə yetirilən avtobus reyslərindən istifadə etməlidirlər. Məsələn, yanvarın 31-nə sözügedən marşrut xətti üzrə 21 boş yer var. Əhmədbəyli-Şuşa-Əhmədbəyli marşrutu üzrə gələn ay isə yerlərin sayı kifayət qədər çoxdur. Belə ki, avtobuslarda fevralın 1-nə 32, fevralın 2-nə 33, fevralın 7-nə 41, fevralın 8-nə 45, fevralın 9-na 47, fevralın 10-11-nə 41, fevralın 15-16-17-nə isə 47 boş yer var.

Ağdam istiqamətində gəlincə isə, Bakı-Ağdam-Bakı marşturu üzrə yanvarın 8-nə 21 boş yer var. Gələn ay isə fevralın 3-nə 26, fevralın 10-na 37, fevralın 14-nə 34, fevralın 17-nə 41 boş yer sahibini gözləyir.

Ağdama Bərdədən də getmək istəyənlərin boş yer problemi yoxdur. Bu marşrut xətti üzrə fevralın 1-nə 1, fevralın 7-nə 27, fevralın 9-na 42, fevralın 16-na isə 43 boş yer var.

Bu günə qədər Şuşa və Ağdam istiqamətində 8 reys həyata keçirilib. Bakı-Şuşa-Bakı istiqamətində 47 (1 reys), Əhmədbəyli-Şuşa-Əhmədbəyli 69 (3 reys), Bakı-Ağdam-Bakı 67 (2 reys), Bərdə-Ağdam-Bərdə istiqamətində isə 76 (2 reys) sərnişin daşınıb.

Diaspora