“Xəbər gələndə əllərimin xınası hələ getməmişdi” - Şəhid xanımı - VİDEO

 “Xəbər gələndə əllərimin xınası hələ getməmişdi” -  Şəhid xanımı - VİDEO backend

Hikmət Şıxməmmədov 44 günlük Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlər zamanı şəhid olub. 

Şəhərin işğaldan azad olunduğu gün şəhadətə ucalan şəhidin xanımı Ayşən Vəliyeva onun ayağının son dəydiyi yerləri görmək üçün Şuşanı ziyarət edib. 

Hikmət və Ayşənin sevgi hekayəsi məktəb yaşlarından başlayıb. 8 il sevgili olan cütlüyün evliliyi cəmi 6 gün çəkib. 

“Hikmətin şəhid xəbəri gələndə əllərimin xınası hələ də getməmişdi”, - deyə şəhid xanımı qeyd edib.

Diaspora