Təxribata cəhd edən erməni hərbçi YARALANDI

Təxribata cəhd edən erməni hərbçi  YARALANDI backend

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan ordusu Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribat törədib.

Təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Modern.az xəbər verir ki, Azərbaycan Ordusunun bölmələri təxribata cavab olaraq müvafiq tədbirlər görüb.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, cavab tədbirləri zamanı təxribata cəhd edən erməni hərbi qulluqçulardan biri yaralanıb.

loading...
Diaspora