Kəlbəcərdə şəhid olan hərbi qulluqçumuz Tovuzda dəfn olunacaq - FOTO

Kəlbəcərdə şəhid olan hərbi qulluqçumuz Tovuzda dəfn olunacaq  - FOTO backend

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Nəzərov Ayaz Azər oğlu Tovuz rayon Bozalqanlı kəndindəndir. O, Tovuz rayonunda dəfn olunacaq.

"Report"un Qərb bürosunun məlumatına görə, 24 yaşlı Ayaz Nəzərov ailənin 2-ci oğludur. Ondan böyük bir qardaşı var. O, subay olub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər A.Nəzərov Tovuz rayonunda dəfn olunacaq.

Allah rəhmət eləsin!

loading...
Diaspora