Sülhməramlıların yeni rəhbəri Andrey Volkov kimdir?

Sülhməramlıların yeni rəhbəri  Andrey Volkov kimdir? backend

Xəbər verdiyimiz kimi, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə general-mayor Andrey Volkov yeni komandan təyin edilib.

Qaziler.az Axar.az-a istinadla xəbər verir ki, general-mayor Andrey Volkov Rusiyanın Kostroma vilayətində Kimyəvi Müdafiə Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb.

İlk xidmətinə Şimali Qafqaz Hərbi Dairəsinin qərargahında leytenant rütbəsində başlayıb.

Volkov 1986-cı ildə Əfqanıstanın Künduz şəhərində 201-ci motoatıcı diviziyasının tərkibində xidmət edib. 1 il sonra isə mayor rütbəsində Baqlan əyalətinin Puli-Xumri rayonundakı motoatıcı polkda kimyəvi xidmətə başlayıb.

Əfqanıstanda xidməti zamanı “Ulduz” ordeni və “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunub.

Əfqanıstandan sonra Volkov yenidən Şimali Qafqazda xidmətə qayıdaraq Qroznı ətrafında yerləşən özüyeriyən artilleriya alayında kimya xidmət rəisi işləyib.

1999-cu ildə Şimali Qafqaz Hərbi Dairəsinin 58-ci birləşmiş ordusunun Radiasiya, Kimyəvi və Bioloji Müdafiə qoşunlarının rəisi vəzifəsində çalışıb.

2000-ci ildə ona müddətdən əvvəl polkovnik hərbi rütbəsi verilib və “Şücaət” ordeni ilə də təltif edilib.

Andrey Volkov 2017-ci ildə Suriyada xidmətə göndərilib.

Andrey Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin mayına kimi Qarabağdakı rus sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradovun müavini olub.

Bu gün isə o, general-leytenant Gennadi Anaşkinin yerinə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə yeni rəhbər təyin olunub.

Diaspora