Neftçala rayonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ilə əlaqədar olaraq tədbir təşkil olunub.
"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə şəhid ailələri, qazilər, onların övladları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Şəhid ailələri adından Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova, şəhid atası Baloğlan Ağamalıyev, Vətən Müharibəsi iştirakçısı, II qrup Qarabağ əlili, Xüsusi təyinatlı Qüvvələrin giziri Orxan Mikayılov çıxış edərək igid döyüşçülərimizin, qazilərimizin igidliklərindən və tarixi 44 günlük qələbəmizdən danışıb.
Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edərək şəhid ailələri adından Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda “Qubadlının azad olunmasına görə” medallar bir qrup hərbi