Hazırda Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının nəzarətində olan Xankəndi şəhərinin 1991-ci ilin sentyabr ayında çəkilən görüntüləri sosial şəbəkələrdə çox böyük maraqla qarşılanıb.
Axar.az xəbər verir ki, sözügedən videoda keçmiş DQMV-nin mərkəzi olan Xankəndidə vilayətin inzibati binasının üzərində müstəqil Azərbaycanın üçrəngli bayrağının dalğalandığı açıq-aydın görünür.
Qeyd edək ki, 26 noyabr 1991-ci il tarixində qəbul edilmiş “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” 279-XII nömrəli Qanuna əsasən DQMV ləğv edilib və şəhərin tarixi adı özünə qaytarılıb. Xankəndi şəhəri 28 dekabr 1991-ci ildə Ermənistan tərəfindən işğal olunub.