Rusiya prezidenti Vladimir Putin və Fransa lideri Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Liderlər təhlükəsizlik təminatlarına dair Rusiyanın təklifləri müzakirə ediblər.
Prezidentlər Qarabağ məsələsini də müzakirə edib və vəziyyətin sabitləşməsindən və regionda dinc həyatın bərqərar olması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində göstərilən səylərdən məmnunluq ifadə ediblər. Qeyd olunub ki, Rusiya və Fransa bu məsələlər üzrə fəaliyyət göstərir və gələcəkdə fəaliyyət göstərmək niyyətindədir.
Makronun təklifi ilə Malidəki vəziyyət də müzakirə edilib.