Azərbaycanda koronavirus pandemiyası iki ilə yaxındır ki, davam edir. Hazırda ölkəmizdə gündəlik yoluxma sayı stabildir. Qarşıdan Yeni il bayramı gəlir. Bayram vaxtı insanlar daha çox bir yerə yığışırlar. Belə olduqda yoluxma sayında artım ola bilərmi insanlar daha
Bununla bağlı Trend-ə açıqlama verən həkim-pulmonoloq Əsəd Beydullayev bildirib ki,Yeni il bayramı ilə əlaqədar yoluxma sayı daha da arta bilər.
Onun sözlərinə görə, yeni il ərəfəsində xaricə getmək pandemiya ilə bağlı müəyyən çətinliklər var: "Bu səbəbdən də vətəndaşlarımızın çoxu Yeni il bayramını ölkəmizdə keçirəcək. Vətəndaşlarımız bayram vaxtı əsasən qonaq getməyi, şəhərin mərkəzində yığışmağı, restoranlara getməyi xoşlayırlar. Yeni il tədbirlərinin çoxunun bağlı məkanlarda keçiriləcəyini nəzərə alsaq koronavirusa yoluxmanın artması qaçılmaz olacaq. Bayram günündən sonra 10 gün müddətində koronavirusa yoluxma arta bilər. Koronavirusa yoluxmaq istəmirsinizsə mümkün qədər gigyenik qaydalara əməl etməyi və masqa taxmağı unutmayın," - Ə. Beydullayev bildirib.
Qeyd edək ki, dünənə olan məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 315 yeni yoluxma faktı qeydə alınıb,1 850 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 601 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 571 088 nəfər müalicə olunaraq sağalıb, 8 038 nəfər vəfat edib, aktiv xəstə sayı 21 902 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 799, ötən müddət ərzində isə ümumilikdə 5 644 853 test aparılıb.