Baku TV-də yayımlanan “O Kimdir?” verilişinin növbəti qonağı Vətən müharibəsində könüllü həkim kimi iştirak etmiş anestezioloq-reanimatoloq Elşən Əliyevdir.
Döyüş bölgəsində yaralı əsgərlərimizə kömək edən həkim peşə borcunu yerinə yetirərkən qarşılaşdığı hadisələrdən, yaralı hərbçilərimizin döyüşə davam etmək üçün etdiyi israrlardan danışıb.
Onun sözlərinə görə, hər iki ayağını itirən, mərmi döş qəfəsini parçalayan yaralılar belə ağrımadıqlarını deyirdi.
“Müharibə vaxtı 20-22 saat fasiləsiz işləyirdik. Bəzən yemək yeməyi də unudurduq”, - deyə həkim qeyd edib.