Ermənilərin başına 100 min rubl pul qoyduğu MİLLİ QƏHRƏMAN

Ermənilərin başına 100 min rubl pul qoyduğu  MİLLİ QƏHRƏMAN backend

Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun doğum günüdür. 

Modern.az-ın məlumatına görə, Yuri Petroviç Kovalyov 1965-ci il noyabrın 29-da Göyçay rayonunda anadan olub, sonra ailəsi ilə birlikdə Krasnodara, daha sonra isə Bakıya köçüb.

1981-ci ildə Bakının Nizami rayonundakı 229 saylı orta məktəbi bitirib. 1982-ci ilə kimi "Azərittifaq"ın reklam istehsalat kombinatında çalışıb. 1983-85-ci illərdə orduda xidmət edib. 1987-ci ildə Qırmızı bayraqlı Qara Dəniz Hərbi Donanmasının 109 saylı Miçmanlar vo Praporşiklər Məktəbinə daxil olub. 

Azərbaycan torpaqlarının işğala məruz qalması və soydaşlarımızın öz dədə-baba torpaqlarından zorla qovulması bir insan kimi Yurini də narahat edirdi. Elə bu səbəbdən də o, 1990-cı il sentyabr ayının 15-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilir, respublikanın bir çox döyüş bölgələrində mərdliklə vuruşur. 

Goranboy, Xocavənd, Ağdam və digər bölgələrdə sücaətlə vuruşub, düşmənlər onun başına 100 min rubl pul qoyublar.

1991-ci il oktyabrın 3-də Xocavənd rayonu ərazisində pusquya düşüb, axıracan vuruşub və qəhrəmanlıqla həlak olub.

1992-ci il iyunun 6-da Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Bakı şəhərindəki 229 saylı orta məktəb onun adını daşıyır. Y.Kovalyov həmin məktəbdə təhsil almışdı. Məktəbin həyətində Yurinin baralyefi qoyulub.

Ailəli idi. İki qızı yadigar qalıb.

Allah rəhmət eləsin..

Diaspora