Neftçalada Vətən müharibəsi şəhidləri anılıb

Neftçalada Vətən müharibəsi şəhidləri anılıb backend

Neftçala rayonunda Vətən müharibəsi şəhidlərinin ildönümü qeyd olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, ötən ilin sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 günlük Vətən müharibəsində şəhid olan Neftçala rayonunun Şorkənd kənd sakini Cəfərov Cəlil Sulduz oğlunun, şəhər sakini Dadaşov Elvin İmanqulu oğlunun və Həsənəbad qəsəbə sakini Nəcəfov Elmin Saleh oğlunun şəhadətə yüksəlmələrinin ildönümü qeyd olunub.

Mərasimdə şəhid ailələri, qazilər, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri iştirak edib.

Şəhidlərimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiribər.

Qeyd edək ki, Cəfərov Cəlil Sulduz oğlu 8 avqust 1998-ci il rayonun Şorkənd kəndində anadan olub. Azərbaycanın ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabr ayının 19-da Neftçala rayonu Şorkənd kənd qəbiristanlığında dəfn olunub.

C.Cəfərov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə (ölümündən sonra) təltif edilib.

Dadaşov Elvin İmanqulu oğlu 14 avqust 1993-cü il Neftçala şəhərində anadan olub. Azərbaycanın ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabr ayının 19-da Neftçala şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

E.Dadaşov Prezident İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Nəcəfov Elmin Saleh oğlu 30 yanvar 1999-cu il Həsənabad qəsəbəsində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabr ayının 21-də Neftçala şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

E.Nəcəfov Prezident İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

loading...
Diaspora