Oğuzda Vətən müharibəsi şəhidinin adına inşa edilən bulağın açılışı olub - FOTO

Oğuzda Vətən müharibəsi şəhidinin adına inşa edilən bulağın açılışı olub - FOTO backend

Oğuz rayonunun Sincan kəndində Vətən müharibəsi şəhidi, tank komandiri olmuş Məmmədov Tural Arif oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub.

Qaziler.az-ın Şimal-qərb bürosunun məlumatına görə, mərasimdə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edib.

Mərasimdə Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhuna dualar oxunub. Şəhidin müharibə dövründə göstərdiyi igidliklərdən danışılıb.

Qeyd edək ki, Məmmədov Tural 2016-cı il Aprel döyüşlərində də iştirak edib. Tank komandiri olan gizir Vətən müharibəsində Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə iki dəfə yaralansa da, yenidən döyüşlərə qatılıb və Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərancamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medallarla təltif edilib. (report.az)

Diaspora