Biləsuvarda Vətən müharibəsi şəhidlərinin xatirə lövhəsi açılıb

Biləsuvarda Vətən müharibəsi şəhidlərinin xatirə lövhəsi açılıb backend

Biləsuvarda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan İsayev Rahət Rafət oğlunun və Baloğlanlı Elşad Elşən oğlunun xatirəsi ehtiramla anılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, qəhrəman şəhidlərimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri hər iki şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər.

Mərasimdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb.

Tədbir zamanı qəhrəman şəhidlərimizin yaşadığı evə vurulan xatirə lövhələrinin açılışı olub.

Qeyd edək ki, Vətən Müharibəsi şəhidi İsayev Rahət Rafət oğlu - 2000-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

Rahət İsayev 2020-ci il noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamları ilə Rahət İsayev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Vətən Müharibəsi şəhidi Baloğlanlı Elşad Elşən oğlu -18 yanvar 2002-cı ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Elşad Baloğlanlı Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamları ilə Elşad Baloğlanlı ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

loading...
Diaspora