Ağdamda “Sara” romanının təqdimatı olub - FOTO

Ağdamda “Sara” romanının təqdimatı olub -  FOTO backend

Noyabrın 15-də Ağdam rayonunun işğaldan azad edilmiş hissəsindəki Şahbulaq qalasında yazıçı-jurnalist İlqar Rəsulun “Sara” romanının təqdimatı olub. Azərbaycan Yazıçılar Birliyi və Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi, Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə ictimai-siyasi xadimlər, yazarlar, QHT və media rəhbərləri, jurnalistlər, şəhid ailələrinin üzvləri, qazilər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ağdam şəhərində İmarət kompleksinə, Ağdam Cümə məscidinə, yerlə-yeksan edilmiş Şəhidlər xiyabanına baxış keçirib, Ağdam Sənaye Parkında görülən işlərlə tanış olublar.

Tədbir torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda canlarından keçən qəhrəman Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, yazıçı-publisist İlqar Əlfioğlu, jurnalist Qabil Abbasoğlu çıxış edərək, yazıçı-jurnalist İlqar Rəsulun yaradıcılığından danışıb, “Sara” romanı haqqında fikirlərini səsləndiriblər.

Bildirilib ki, roman Qarabağ müharibәsindә әsir, girov, itkin düşmüş, elәcә dә şәhid vә qazi olmuş azәrbaycanlıların xatirәsinә hәsr edilib. Əsәrin yazılmasında real faktlardan, tarixi sәnәdlərdən, rəsmi qurumların və beynәlxalq tәşkilatların hesabatlarından, keçmiş döyüşçülәrin, elәcә dә müharibә zamanı Ermәnistan ordusu tәrәfindәn әsir vә ya girov götürülmüş insanların ifadәlәrindәn istifadә olunub. Romanda adıçəkilәn insanların çoxu gerçәk obrazlardır. Əsər yazılarkәn onların bir qismi artıq hәyatda olmadığından ailә üzvlәri, qohumları ilә söhbәtlər aparılıb. Əsaslı sәbәblәrә görә bәzi obrazların adı dәyişdirilib. Ancaq bütün hallarda bu roman yazıçı tәxәyyülünün mәhsulu, bәdii әsәrdir.

“Sara” romanı ermәni әsirliyindә saxlanılan gәnc qızın mәşәqqәtli taleyindәn bәhs edir. Roman müharibә dövrünün insan mәnzәrәlәri ilә zәngin, dәrin psixologizmi ilә seçilәn hәm faciә, hәm dә qәhrәmanlıq salnamәsidir.

Real prototiplәri olan obrazlar qalereyası, Qarabağ müharibәsi, xüsusәn 1991-1994-cü illәrin hadisәlәri ilә bağlı dәqiq tarixlәrdәn istifadә olunması, Cümhuriyyәt dövrünә aid ekskurslar müәllifin bәdii üslubuna vә özünәxas tәhkiyәsinә әlavә çalarlar qatır. İşgәncә faktlarına – rәsmi qurumların mәlumatlarına, arxiv materiallarına, yerli vә beynәlxalq tәşkilatların hesabatlarına, tarixi sәnәdlәrә, azәrbaycanlı, ermәni vә digәr müәlliflәrin real hadisәlәri әks etdirәn әsәrlәrinә, mәqalәlәrә, şahid ifadәlәrinә әsaslanaraq yazılan “Sara” romanı Vәtәn müharibәsi – günümüzün möhtәşәm hadisәlәri ilә sәslәşәn mәntiqi sonluqla başa çatır.

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov çıxışında müəllifi təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb. Bildirib ki, işğaldan azad edilən Ağdam şəhərində ilk dəfədir kitab təqdimatı keçirilir. Bundan əvvəl Ağdam şəhərində Azərbaycan rəssamlarının iştirakı ilə “Ağdamın mənzərələri" adlı etüd-sərgi, Xalq rəssamı Arif Hüseynovun “Ağdama ithaf” üçlüyünün təqdimatı təşkil edilib. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı quran, yaradan, mədəniyyətə, incəsənətə dəyər verən xalqdır.

Yazıçı-jurnalist İlqar Rəsul çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Sonra müəllifin imzalı kitabı iştirakçılara paylanılıb.

Yazıçı-jurnalist İlqar Rəsul AZƏRTAC-a müsahibəsində deyib: “İndiyədək beş kitabım işıq üzü görsə də, ilk dəfədir təqdimat mərasimi keçirilir. Hesab etdim ki, işğaldan azad olunmuş şəhərin yazıçısının orada öz əsərinin təqdimatının keçirilməsi yaxşı haldır, rəmzi xarakter daşıyır. Bizə bu şəraiti yaratdığına görə Ali Baş Komandana, Azərbaycan əsgərinə minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycanda dövlət, Ali Baş Komandan, əsgərlər öz işlərini görüb, hərbi-siyasi müstəvidə Qələbə qazanıb, torpaqlarımız işğaldan azad edilib. Eləcə də yaradıcı insanlar öz sözlərini deməli, kitablar yazılmalı, filmlər çəkilməlidir ki, xalq keçmişini unutmasın və gələcəyə hazır olsun”.

Diaspora