Ağdamın işğaldan azad olunan Tağıbəyli kəndi ərazisində minaya düşərək həlak olan Ağayev Zaur İsa oğlunun nəşini ərazidən çıxartmaq mümkün olmayıb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, hadisə yerinə cəlb olunmuş mütəxəssislər bunu ərazinin təhlükəli olması ilə əlaqələndiriblər.
Onun sabah səhər saatlarında ərazidən götürüləcəyi deyilir.
Xatırladaq ki, noyabrın 15-də saat 17 radələrində 1980-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağdam rayon prokurorluğunda aparılmış araşdırmalarla Zaur Ağayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ölməsi müəyyən edilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir.