Erməni təxribatını bu qüvvələr hazırlayır - Ağar

Erməni təxribatını bu qüvvələr hazırlayır -  Ağar backend

Hər şeydən öncə biz Qarabağ problemini və sonuncu Qarabağ müharibəsinin səbəblərini araşdırarkən düşmənin hədəfini, yəni böyük planın kodlarını dəqiq oxumağı, pazlın bütün parçalarını görməyi bacarmalıyıq. Qarabağ müharibəsi Azərbaycanın məğlub olması və son nəticədə parçalanması üçün qurulmuş bir plan idi. Bu xain planı Azərbaycan və Türkiyənin qardaşlığı, əməkdaşlığı pozdu. Məqsədlərinə də çatmadıqları üçün hazırki mərhələni manipulyasiya etməyə çalışmalarını başa düşmək mümkündür.

Bunu Ermənistanın son təxribatları ilə bağlı Axar.az-a açıqlamasında Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

Onun sözlərinə görə, Ermənistanın təxribatlarının iki tərəfi var:

“Birincisi odur ki, bu ölkədəki ifrat millətçilər 10 noyabr bəyannaməsinin həyata keçirilməsini istəmirlər. İkincisi isə odur ki, Ermənistan Rusiya və digər dövlətlərin dəstəyi ilə təxribatlar həyata keçirərək prosesi uzatmaq, müəyyən dividentlər əldə etmək istəyir. Birincini bəlkə də başa düşmək olar, ancaq ikinci məsələ yeni və daha şiddətli müharibə riskinin ortaya çıxmasına qədər uzana bilər. Azərbaycan onsuz da son 1 ildə yeni müharibə riskinə qarşı lazımi hazırlıqları görür. Əlbəttə, sözügedən hazırlıq müharibə etmək niyyəti daşımır, ancaq Ermənistanı yeni müharibə həmləsindən çəkindirmək məqsədinə xidmət edir. Digər tərəfdən, 12 noyabrda Türk Dövlətləri Təşkilatı quruldu. Azərbaycan isə TDT-nin ən önəmli həlqələrindən biridir. Şuşa, Laçın və Kəlbəcərdə baş verən erməni təxribatları TDT-nin qurulmasına qarşı bir cavab da ola bilər”.

Abdullah Ağar Rusiyanın 10 noyabr bəyanatına imza atdığını və öz imzasına hörmət etməli olduğunu vurğulayıb:

“Dünyanın bir çox yerində aparılan proksi və ya vasitəçilik müharibələrində Rusiyanın “oldular və bitdilər” yaratmağı, sonra proseslərə müdaxilə etməyi sevən bir dövlət olduğunu hamımız bilirik. Qarabağ müharibəsi ərzində və sonrasında Rusiyanın Azərbaycanı tez-tələsik sülhə və “status”a razı salma həmlələrini gördük. İndi Rusiya istəyir deyə, Azərbaycan rus sülhməramlılarının olduğu bölgələri unuda bilməz. Ora birmənalı şəkildə Azərbaycan torpağıdır. Rusiyanın “status” məsələsi və sülhməramlıların qalma müddətinin uzadılması ilə bağlı həmlələri haqqa, hüquqa sığmır. Ortada üç dövlətin imzaladığı bir sənəd var, Rusiya da burada vasitəçidir. Rusiya 10 noyabr bəyannaməsindəki öhdəliklərini məsuliyyətlə yerinə yetirməli, Ermənistanı da buna məcbur etməlidir”.

Diaspora