“Biz rahatlıqla Xankəndində çay içib Şuşaya qalxmayanacan ermənilər təxribat törədəcək...”

“Biz rahatlıqla Xankəndində çay içib Şuşaya qalxmayanacan ermənilər təxribat törədəcək...” backend

“Ermənilərin bu tərxibatı gözləniləndir, birinci dəfə deyil ki. Siz heç bundan təəccüblənirsiniz? Təəccüblənməli bir şey yoxdur” 

 

Bunu Moderator.az-a açıqlamasında müğənni Akif İslamzadə erməni təxribatından danışarkən deyib. A.İslamzadənin sözlərinə görə nə qədər ki, Xankəndində deyilik bu təxribatların ardı-arası kəsilməyəcək:

 

“Nə qədər ki, biz rahatlıqla Xankəndində çay içib Şuşaya qalxmayanacan bu belə olacaq, ermənilər təxribata cəhd edəcəklər. Biz müharibəni yox, döyüşü udmuşuq, müharibələr hələ qabaqdadır. Ona görə də cəmiyyəti müharibəyə hazırlamaq lazımdır. Bunun üçün təhsil sistemi kökündən dəyişməlidir, bu məsələ uzun prosesdir. Müharibəni isə top-tüfəng udmayıb, qarşımızda Əfqanıstan nümunəsi var, hansı tərəfindən döyüş ruhu yüksəkdir o da qalib gəlir. Atom bombamımızın nüvə silahımızın olması əhəmiyyətli deyil. O ruh bizdə var və biz bunu göstərdik, bir daha da yeri gələndə göstərmək lazımdır”.

 

A.İslamzadə müharibə dövründə övladını gizlədən məmurları da tənqid edib:

 

“44 günlük Vətən savaşı zamanı bəzi məmurlar rüşvət verib, oğlunu ordudan yayındırdı. Səfərbərliklərdə həbslər oldu. Təəssüflər olsun ki, cəmiyyətimizdə belə insanlar varsa, ruhun gücündən bütövlükdə danışmaq olmaz. Qoy o siyahını versinlər və görək ki, Azərbaycanın iqtisiyyatından bəhrələnənləri, övladları üçün xaricdə mülklər alan adamları tanıyaq. Bilək ki, müharibə dövründə kimlər hardaydı. Yaxşı olardı ki, bunu biz də bilərdik”.

Diaspora