Ömər aşırımına 12 texnika göndərildi - VİDEO

Ömər aşırımına 12 texnika göndərildi -  VİDEO backend

Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsində (Ömər aşırımı) hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə yolun qardan və buzdan təmizlənməsi istiqamətində mütamadi olaraq fasiləsiz işlər aparılır.

Qazilər.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, yolun təmizlənməsinə ümumilikdə 12 maşın-mexanizm və texnika cəlb edilib. Maşın-mexanizm və texnikaların Ömər aşırımında fasiləsiz xidmətini təşkil etmək, o cümlədən duz-qum ehtiyatının saxlanılması məqsədi ilə qayalıq ərazidə 40 metr uzunluğunda tunel-ambar tikilib, işçilərin isinməsi və istirahəti üçün xüsusi xidməti sahə yaradılıb.

Diaspora