8 noyabr Zəfər Günü münasibətilə Şuşada musiqili atəşfəşanlıq başlayıb.
Qazilər.az xəbər verir ki, Şuşanın Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümü münasibətilə Azərbaycanın Vətən Müharibəsində qələbəsi şəhərdə təntənə ilə qeyd olunur.
Xatırladaq ki, 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.
Erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardandır.
Zəfər Günü Şuşa ilə yanaşı, respublikamızın bölgələrində, eyni zamanda dünyanın ayrı-ayrı ölkələrində qeyd olunmaqdadır.