Şuşa döyüşlərində şəhid olan Hikmət Şıxməmmədovun anım günüdür - FOTO

Şuşa döyüşlərində şəhid olan Hikmət Şıxməmmədovun anım günüdür -  FOTO backend

Azərbaycan 44 gün davam edən Vətən müharibəsi nəticəsində öz doğma torpaqlarına qovuşdu və 30 illik həsrət sona çatdı. 

Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçdilər.

Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Şıxməmmədov Hikmət Azər oğludur.

O, 6 dekabr 1995-ci ildə Ağstafa rayonu Dağ Kəsəmən kəndində anadan olub.

2002-2013-cü illərdə 2 saylı Dağ Kəsəmən kənd tam orta məktəbində, 2013–2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin idarəedilməsi” fakültəsində təhsil alıb. 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Hikmət Şıxməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın təxribatlarına qarşı başladılan əks-hücum əməliyyatlarına könüllü olaraq qatılıb. 

Hikmət Şıxməmmədov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub və Ağstafa rayonunun Dağ Kəsəmən kəndində dəfn olunub.

O, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimiz ailəli idi.

loading...
Diaspora