Müharibənin bitməsinə üç saat qalmış şəhid olan əsgər

Müharibənin bitməsinə üç saat qalmış şəhid olan əsgər backend

“Noyabrın 8-i oğlum şəhid olub, həmin gün gecə narahat idim, bir anlıq Turalımı yuxumda yaralı, başını dizimin üstünə qoyduğunu, sonra durub getdiyini gördüm. Elə həmin vaxt oğlum şəhidlik zirvəsinə ucalıb. Mən də burada hiss etmişəm”.

Bunu Report-a açıqlamasında Şuşa uğrunda gedən döyüşlərdə müharibənin bitməsinə üç saat qalmış şəhidlik zirvəsinə ucalan Tural Məmmədovun anası Könül Həsənova deyib.

Son dəfə noyabrın 5-i doğum günündə oğlu Turalla əlaqə saxlayan ana bundan dörd gün sonra oğlunun şəhid xəbərini alıb: “Sonuncu dəfə oğlumla noyabrın 5-i ad günündə danışdıq. Ondan sonra isə xəbər ala bilmədik. Sonuncu döyüşü Şuşada olub, orada 6 yaralı əsgəri xilas etdikdən sonra ürəyindən aldığı qəlpə nəticəsində noyabrın 8-də şəhidlik zirvəsinə ucalıb”.

Qeyd edək ki, T.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ətraflı videosüjetdə

Diaspora