“VMedia” “YouTube” kanalı yeni videosunda İkinci Qarabağ müharibəsi dövründə erməni təbliğatçılarının yaydığı ən məşhur və əks-səda doğuran feyk xəbərlərindən birini - Azərbaycanın guya 2020-ci il oktyabrın 8-də Şuşada Xilaskar Məsih kilsəsini atəşə tutması ittihamını ifşa edib.
Qeyd olunub ki, Yerevanın iddialarına əsasən, həmin “zərbə” ya dron, ya da artilleriya vasitəsilə endirilib.
Trend-in məlumatına görə, məhz bu detal kanalın müəlliflərinə heç bir atəşin olmadığını sübut etməyə kömək edib. Ən azı ona görə ki, kilsənin binasında partlayış və ya yanma izi olmayıb: “Bundan başqa, kilsəyə feyk zərbə nəticəsində guya yaralanmış erməni jurnalistlərin şəxsiyyətləri şübhə doğurur. Bir sözlə, rusiyalı bloqer Yuri Kotyonok feyk tamaşanın qeyri-ixtiyari iştirakçısı və zərərçəkəni olub. Bu tamaşanın kadrlarını Peqov və Kots ciddi cəhdlə yaymağa çalışıb. Amma onların tələsik yığılmış şousu özü özünü ələ verir”.